IQNA

Müsəlman qızların hicabına görə 10 məktəb bağlandı

23:29 - February 20, 2021
Xəbər sayı: 3489313
Tehran (IQNA) -  Nigeriyanın Kvara əyalətində yaşayan müsəlman qızların hicab bağlaması Təhsil Nazirliyinin 10 orta məktəbi tətil edməsinə səbəb olub.

Tehran (IQNA) -  Nigeriyanın Kvara əyalətində yaşayan müsəlman qızların hicab bağlaması Təhsil Nazirliyinin 10 orta məktəbi tətil edməsinə səbəb olub.

Nigeriyanın Təhsil Nazirliyi elan edib ki, Kvara əyalətinin xristian şagirdlərin çoxluq təşkil etdiyi 10 məktbəi tətil edilir. Çünki müsəlman qızların hicab bağlaması müsəlman şagirlərlə xristianların savaşmasına səbəb olub.

Nazirlik bildirib ki, məktəblər vəziyyətin sabitləşməsi və tərəflərin şikayətlərinə baxılması hədəfi ilə bağlanıb.

Bu barədə müsəlman və xrisitan nümayəndələrin iştirak etdiyi dövlət heyətinin iclasında qərar verilib.

Qeyd edək ki, Nigeriyanın cənub və qərb bölgələrində əsasən qeyri-müsəlmanlar yaşayır. Müsəlman xanımların hicab örtüyü bəzən geniş mübahisəyə səbəb olur. 2018-ci ildə Oyo əyalətində 9 müsəlman şagirdi hicab bağladıqları üçün məktəbdən qovmuşdular. /3955197

 

captcha