IQNA

15:06 - March 02, 2021
Xəbər sayı: 3489379
Şotlandiyada müsəlman kişi öz ailəsinin siyasi fəaliyyət ənənəsini davam etdirib – onun atası 1997-ci ildə ilk müsəlman deputat olub, indi isə onun özü siyasi partiyanın rəhbərliyinə keçən ilk müsəlman olub.

Belə ki, 37 yaşlı Ənəs Sərvət Şotlandiya Leyborist Partiyasının lideri seçilib.

Ənəs Qlazqo şəhərində pakistanlı müsəlmanların ailəsində anadan olub və uşaqlıqdan siyasət barədə məlumatlı olub – onun atası Məhəmməd Şotlandiyada deputat olub, həmçinin doğma Pakistanının Pəncab əyalətində qubernator olub.

Ənəs 2010-cu ildə özünün stomatoloq fəaliyyətini dayandırmaq qərarını verərək siyasi karyeraya başlayıb. Gənc müsəlman atasının izləri ilə geədərək deputat ola bilib, daha sonra isə sözügedən partiyada sədr müavini vəzifəsini tutub. İndi isə o, partiya sədri seçilib – seçkilərdə o, rəqibi Monika Lennonu geridə qoyaraq 57,6% səs toplayıb.

Qeyd etmək lazımdır ki, Sərvər ibadət edən bir müsəlmandır və onun xanımı Fərhin isə hicablıdır.

Ad:
E-poçt:
* Comment:
* captcha: