IQNA

Ömrünü Quran və İncil cildçiliyinə həsr etmiş qoca - Foto

12:32 - March 04, 2021
Xəbər sayı: 3489394
Tehran (IQNA) -  Misrin Qəna şəhərində yaşayan 70 yaşlı kişi Əli əl-Ceyzavi bir ömürdür ki, qədim və köhnəlmiş Quran və digər müqəddəs kitabların nüsxələrini ənənəvi üsulla cildləyir.

Tehran (IQNA) -  Misrin Qəna şəhərində yaşayan 70 yaşlı kişi Əli əl-Ceyzavi bir ömürdür ki, qədim və köhnəlmiş Quran və digər müqəddəs kitabların nüsxələrini ənənəvi üsulla cildləyir.

Əli kişi 52 ildir ki, qədim və köhnəlmiş Quran nüsxələrinin cildlərini yeniləyir, təmir və bərpa edir.

O, bu iş 1969-cu ildən başlayıb.

Onun atası Misrin "Darul-Kutub" nəşriyyatında işləyirdi. Əli də atasının köməyi ilə burada işə düzəlmiş və "səhhaflı" (cildçilik) işini öyrənmişdir.

Uzun müddət Qahirənin müxtəlif çapxanalarda işləyən Əli kişi bu işi tam mənimsəyərək mahir bir "cildçi" imi öz doğma şəhərinə qayıtmış və burada ənənəvi üsulla qədim kitabları cildləməyə başlamışdır.

Özünə kiçik bir iş guşəsi düzəldən qoca "səhhaf" əsasən qədim və köhnə müqəddəs kitabların cildinin yenilənməsi ilə məşğul olur.

Əli kişi deyir: Qədim Misrda kitabların cildləməyi bilmirdilər. Bu işi italiyalılar misrlilərə öyrədiblər. Qədim kitabların cildlənməsi işi köhnə cildin kitabdan tamamilə ayrılması ilə başlayır. Sonra vərəqlərə yeni forma verilir, daha sonra bir neçə qatdan ibarət cild hazırlanır, cildin üst qatı dəri ötrüklə möhkəmlənir və kitabın üzərinə çəkilir.  

O deyir: Qədim cildçi ustalar ənənəvi üsulla kitab üzləməkdən daha çox ləzzət alırlar. Modern təchizatı işlərinə qarışdırmırlar. Mən səksəninci illərdən bu minvalla işləyirəm. İş hücrəmdə heç bir alətin yerini dəyişməmişəm. Ehtimal edirəm ki, qədim cilçilik metodu bundan sonra on il də davam edə biləcək. Artıq modern cihazlar ilə bu iş yerinə yetirilir. Və indiki cavanların qədim alət və metodlarla işləmək üçün hövsələləri yoxdur.

Qoca sənəkar deyir ki, boş vaxtlarımda kağız üzərinə Quran ayələri yazıram və iş yerimin divarına vururam. İnanıram ki, bu, işimi yaxşılaşdırır və ruzimi çoxaldır.

Əli kişi vurğulayır: Baxmayaraq ki, əlli ildir bu işlə məşğulam, səmavi kitablarla işləməkdən yorulmuram, bundan xüsusi zövq alıram və ruhum dincəlir, çünki müqəddəs kəlamlar üzərində işləyirəm. / iqna

پیرمرد مصری از یک عمر صحافی سنتی قرآن و انجیل می‌گوید

پیرمرد مصری از یک عمر صحافی سنتی قرآن و انجیل می‌گوید

 

Teqlər: səhhaf ، cildçi ، qədim ، incil ، quran
captcha