IQNA

Roma Papası Nəcəfdə Ayətullah Sistani ilə görüşdü

11:32 - March 06, 2021
Xəbər sayı: 3489403
İraqda səfərdə olan Roma Papası Fransisk İslam Dünyasının Böyük mərcələrindən olan Ayətullah Seyid Sistaninin Nəcəfdəki evində görüşüb.

İraqda səfərdə olan  Roma Papası Fransisk İslam Dünyasının Böyük mərcələrindən olan Ayətullah Seyid Sistani ilə görüşmək üçün Nəcəfdəki evinə gəlib.

Nəcəfdə Roma Papası üçün qarşılanma mərasimi keçirilib.

Məlumata görə Roma Papası və Ayətullah Sistani bu görüşdə dinlərarası münasibətləri, din maarifi və təlimlərinin dünyada sülhə, sabitliyiə və əmin-amanlığıa verə biləcəyi töhfələri müzakirə edəcəklər.

Məlumata görə, bu görüş bağlı qapılar arxasında keçiriləcək.

Roma Papası daha sonra İraqın Ərbil, Mosul və Ziqar şəhərlərinə səfər edəcək. /iqna

 

captcha