IQNA

Ayətullah İsa Qasım: “Zalım hökumətlər millətin və ümmətin gücündən qorxurlar”

23:27 - March 07, 2021
Xəbər sayı: 3489414
Tehran (IQNA) - Bəhreyn İslam Hərəkatının lideri Ayətullah Şeyx İsa Qasımın dediyinə görə, iki növ hökumət var ki, biri millətə və ümmətə zülm edən, digəri xalqa təsəlli verən ədalətli hökumətdir.

Bəhreyn İslam Hərəkatının lideri Ayətullah Şeyx İsa Qasımın dediyinə görə, iki növ hökumət var ki, biri millətə və ümmətə zülm edən, digəri xalqa təsəlli verən ədalətli hökumətdir.

Ayətullah Şeyx İsa Qasım yeni Tvitter səhifəsində, hər millətin və ümmətin birləşmə və ayrılıq üçün səbəbləri olduğunu bildirib: “Birinci hökumət növü millətə və ümmətə zülm edir və onların gücündən qorxur, digər növü isə millətə və ümmətə sülh gətirən ədalətli hökumətdir.

Zülmkar hökumətlər təhlükəsizliklərini təmin etmək üçün bölünmə və qruplaşma üzərində dayanırlar, ancaq ədalətli hökumətlər güc qazanmaq üçün birliyə güvənirlər. Bəs hökumətlərimiz hansındandır?” / hawzahnews

captcha