İtaliyada müsəlmanlar məscidlərdən məhrum edilib Monte Karlonun internet saytında yer alan xəbərə görə, bu addım şəhərin yerli hakimiyyət orqanlarının mədəniyyət mərkəzlərində namaz qılınmasının qadağan olunduğunu elan etməsindən sonra həyata keçirilib.
İfrat sağçı bələdiyyə sədri müsəlmanların bölgədəki mədəniyyət mərkəzlərində namaz qılmasına mane olub. İndi onlar kimsəsiz yerə toplaşıb bu məsələ ilə bağlı məhkəmənin qərarını gözləməli olurlar.
1990-cı illərin sonlarında çoxlu Banqladeşli müsəlmanlar Fincantieriyə yaxtalar tikmək üçün gəlmişdilər. Triestin kənarında yerləşən 30 min nəfərlik şəhər əhalisinin üçdə birini immiqrantlar təşkil edir.
Monfalcone Bələdiyyə Başçısı Anna Sisint namaz qadağası qərarının ayrı-seçkiliklə heç bir əlaqəsi olmadığını iddia edib.
O, Fransa xəbər agentliyinə bu şəhərdə müsəlman mühacirlərin sayının nəzərəçarpacaq dərəcədə artdığına inandığını və bələdiyyə sədri kimi heç kimə qarşı olmadığını və qanunların icrası üçün burada olduğunu söylədi.
İtaliyadakı müsəlmanlar ölkədəki ən böyük dini azlığı təşkil edir. İtaliya Müsəlman Koalisiyasının verdiyi məlumata görə, onların təxminən yarısı İtaliya vətəndaşı olsa da, məscid tikməkdə çətinlik və problemlərlə üzləşirlər.
Ölkədə yaşayan müsəlmanlar Fransa xəbər agentliyinə təhlükəsizlik və nifrət hissi keçirdiklərini bildiriblər.
Triest İnzibati Məhkəməsi mayın 23-də mədəniyyət mərkəzlərində ibadətlərin qadağan edilməsi ilə bağlı qərarını açıqlayacaq.
4214223