"İQNA", "Kana News" agentliyinə istinadən xəbər verir ki, Liviya Quran Məclisinin səyləri və İSECO-nun dəstəyi ilə təşkil edilən konfrans mayın 6-da başlayıb və üç gün davam edəcək.
“Qurani-Kərimin mənalarının dəqiq tərcüməsi İslamın yayılması üçün bir vasitədir” oxunda keçirilən konfransda bir çox alim, tədqiqatçı, din xadimi və rəsmilər iştirak edirdi.
Bu konfransın məqsədi Qurani-Kərimin mövcud tərcümələrini nəzərdən keçirmək, bu tərcümələrin problemlərini müzakirə etmək və onların təkmilləşdirilməsi üçün müvafiq həllər təklif etmək və dünyanın müxtəlif dillərinə sadə, lakin dəqiq tərcümələr etməkdir.
Konfransın ilk günü Liviya, Tunis, Əlcəzair, Mərakeş, İraq, Nigeriya və Omandan olan ekspertlərin iştirakı ilə keçirilib.
Quranın tərcüməsi və təfsiri arasındakı ritorik xüsusiyyətlər, tərcümənin mədəni xüsusiyyətləri və Quran dili, Quran və onun tarix boyu tərcüməsi, Qurani-Kərimin tərcüməsində elmi-tədqiqat müəssisələrinin rolu kimi mövzular müzakirə edilib.
4214277