IQNA

Almaniyanın müsəlmanlara qarşı siyasətinin nəticəsi ekstremizmdir

5:42 - May 09, 2024
Xəbər sayı: 3495916
İQNA – Almaniyanın son zamanlar müsəlmanlara qarşı siyasətləri və sionist rejimin Qəzzəyə qarşı müharibəsindəki siyasi rəftarları bu ölkə cəmiyyətinin daha da ifratçılıqla üzləşməsinə səbəb olub.

"İQNA", "Əl-Bəvabə" saytına istinadən xəbər verir ki, Berlinin son siyasi mövqeyi və Almaniyadakı müsəlmanlara qarşı verdiyi qərarlar və Fələstin böhranı ölkədə ekstremizmin yayılmasına səbəb olub. Ekstremist qruplar bunu fürsət kimi gördülər.

Almaniya hakimiyyəti son üç ayda altı radikal əməliyyatın qarşısını alıb.

Almaniya UNRWA-ya maliyyə yardımını dayandıran və işçilərindən birinin öldürüldüyünü iddia edən 15 ölkədən biri idi. O, 7 oktyabr 2023-cü ildə İsrailə qarşı hücumlarda rol oynayıb.

Almaniyanın siyasəti və münasibəti hökumətin İsraili dəstəklədiyini göstərir. Bu, həm də son vaxtlar İsrailə silah ixrac edən ölkələrdən biridir.

Bundan əvvəl Almaniya səlahiyyətliləri 12 aprel 2024-cü ildə Berlində keçirilməsi planlaşdırılan “Fələstin Konfransı”nı ləğv etmiş, konfransın ləğvinə qarşı toplaşan bir qrupun ardından polis izdihamı dağıtmışdı.

Bununla əlaqədar Almaniya hakimiyyəti ölkə məscidlərindəki imam camaatları üzərində nəzarəti gücləndirdi, Berlində bir çox məscidləri bağladı və bəzilərinin sosial şəbəkələrdə fəal olmasına mane oldu ki, bu da siyasi vəziyyəti daha da pisləşdirdi və ekstremizmin yayılmasına səbəb oldu.

4214203

captcha