IQNA

Parisin Böyük Məscidinin rəsmisi Fransa baş nazirinin sözlərini qınayıb

9:13 - May 04, 2024
Xəbər sayı: 3495879
İQNA – Paris Böyük Məscidinin rəhbərliyi Fransada müsəlmanlara qarşı irqçi və nifrət dolu çıxışların artmasına diqqət çəkib.

"İQNA", "Əl-Xəbər"-ə istinadən bildirir ki, Parisin Böyük Məscidinin rəhbərliyi Fransanın baş naziri Qabriel Attalın Fransada islamçıların təsirinin artması və məktəblərdə şəriət qaydalarının tətbiqi ilə bağlı açıqlamalarını tənqid edib.

Paris Böyük Məscidinin rəhbərliyi X sosial şəbəkəsinin rəsmi hesabında İslam və müsəlmanlar haqqında ümumiləşdirmələrin müsəlman icmasını təhdid etdiyi və Fransada milli birliyi zəiflətdiyi barədə açıqlama verib.

Parisin cənubundakı bir bölgəyə səfər edən Qabriel Attal İslamın təsirini artırmağa çalışan mütəşəkkil qruplardan danışıb. O, dövlət qurumlarında və təhsil ictimaiyyətində ideoloji təsir prosesinə də diqqət çəkib.

Məscid rəsmiləri onu da vurğulayıblar ki, bu cür bəyanatlar və ittihamlar açıq-aydın dəlillərə söykənməli və siyasi motivli bəyanatlardan çəkinməlidir.

Paris Böyük Məscidinin sədri Şəmsəddin Hafiz baş nazir və hökumətdən xüsusilə ifrat sağçılardan səs toplamaq üçün İslam və müsəlmanların alət kimi istifadə edildiyi bu seçki dövründə belə ritorikadan çəkinmələrini istəyib.

Fransada İslam və müsəlmanlara qarşı məsələlər artır. Fransa hökuməti əslində müsəlmanlara və İslam qurumlarına bir çox məhdudiyyətlər qoyaraq buna töhfə verdi.

4213029

Teqlər: paris ، fransa ، məscid ، müsəlmanlar
captcha