"İQNA", "Əş-Şuruq" saytına istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin liderləri mayın 4-5-də Qambiyanın Banjul şəhərində keçirilən toplantıda Quranın yandırılması və təhqir edilməsi hərəkətlərini kəskin şəkildə pisləyiblər. Qərb və bir daha Qərb ölkələrindən və beynəlxalq ictimaiyyətdən belə addımların atılmasını tələb edib, onların təkrarlanmaması üçün hərtərəfli və zəruri tədbirlər görməyə çağırıblar.
Bundan əlavə, onlardan islamofobiya, təəssübkeşlik, terrorizm, zorakılıq və onun bütün formalarında ekstremizm fenomeninin həyəcan verici artması ilə mübarizə aparmağı istəyiblər.
Həmçinin bildirilib ki, ksenofobiya, irqçilik, etnik mənsubiyyətə, rəngə və dinə görə ayrı-seçkiliyin müxtəlif növləri zorakılığın artmasına səbəb olan hərəkətlərdir.
İƏT-ə üzv ölkələrin liderləri habelə vurğuladılar ki, irqçilik, islamafobiya və nifrətlə mübarizənin ən effektiv yolu sivilizasiyalar, dinlər, mədəniyyətlər və insanlar arasında tolerantlıq, dialoq və əməkdaşlıq ruhunun inkişaf etdirilməsidir.
Bundan əlavə, İslam dininin prinsip və dəyərlərinə riayət etməklə davamlı inkişafın təmin edilməsi, yoxsulluğun azaldılması, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, səhiyyə və təhsil kimi məsələlərə də toxunulub.
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin liderləri təhlükəsizlik və humanitar problemlər qarşısında Afrikanın Qərbi Sahil regionu ölkələrinə və xalqlarına tam dəstəklərini ifadə ediblər.
Zorakılıq, silahlı qarşıdurmalar, qida təhlükəsizliyi və iqlim dəyişikliyi, həmçinin İsrailin Qəzzada törətdiyi cinayətlər, Rohinca müsəlmanlarına qarşı soyqırımı və İslam dünyasına aid müxtəlif məsələlər müzakirə edilib.
İştirakçılar BMT Baş Assambleyasının 1995-ci ildə Srebrenitsa soyqırımına görə 11 iyulun Soyqırımı Anma Günü elan edilməsi ilə bağlı qətnamə layihəsini də dəstəkləyiblər.
4214106