IQNA

Oksford və Kembric universitetlərinin tələbələrindən Fələstinə dəstək

11:16 - May 08, 2024
Xəbər sayı: 3495912
İQNA - İngiltərənin Oksford və Kembric universitetlərinin tələbələri Amerika universitetlərinin tələbələrindən nümunə götürərək, universitet şəhərciyində çadırlar quraraq fələstinlilərə dəstəklərini ifadə ediblər.

"Sky News"-un verdiyi məlumata görə, bu çadırların qurulması son bir neçə həftədə Amerika universitetlərində keçirilən və təxminən 2 min etirazçının saxlanmasına səbəb olan nümayişlərə bənzəyir.

Oksfordda Kembric Universitetinin Kings College və Pitt Rivers Muzeyi qarşısında etiraz aksiyaları keçirilib.

Britaniya universitetlərində etiraz dalğası Amerika universitetlərində, xüsusilə Nyu-Yorkdakı Kolumbiya Universitetində şiddətli toqquşmalardan sonra başlayıb.

İngiltərədəki etiraz qrupları İsrailin Qəzzada hərbi cinayətləri səbəbindən öz universitetlərindən sionist şirkətlərə sərmayə yatırmaqdan çəkinmələrini istəyiblər.

captcha