İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Əli Xamenei şəhid Mütəhhərinin şəhadətinin ildönümü və “Müəllimlər günü” münasibəti ilə mayın 1-i çərşənbə günü səhər saatlarında İmam Xomeyni (r.ə) Hüseyniyyəsində ölkənin hər yerindən 3 min müəllimlə görüşüb.
Qəzza məsələsinin bu gün dünyanın ilk məsələsinə çevrildiyini bildirən Ayətullah Xamenei Amerika və sionistlərin Qəzza məsələsini dünya ictimai rəyinin gündəmindən çıxara bilmədiklərinə işarə edərək, "Amerika, Avstraliya və müxtəlif Avropa ölkələrinin universitetlərinə baxın. Millətlər Qəzza məsələsinə həssasdırlar."
İslam İnqilabının Rəhbəri bildirib: "Qəzza məsələsinin beynəlxalq ictimaiyyətin gündəmindən və dünya xalqları arasında "birinci məsələ"dən çıxarılmasına icazə verilməməlidir. Sionist rejimə təzyiqlər günü-gündən artmalıdır."
Bu görüşdə İnqilab Rəhbəri amerikalı tələbələrin dinc etirazlarının yatırılmasında baş verən hadisələrə toxunaraq, "Görün amerikalılar və müvafiq qurumlar İsrailə qarşı öz etirazlarını bildirənlərə nə etdi! universitetlər heç bir yeri dağıtmayıb, dağıntı şüarları səsləndirməyib, heç kəsi öldürməyib, heç bir yerə od vurmayıb, şüşə qırmayıb" dedi.
Həzrət Ayətullah Xamenei həmçinin ABŞ rejiminin bu davranışının İranın bu hökumətə qarşı mənfi baxışının qanuniliyini göstərdiyinə işarə edərək, sözünə belə davam edib: "Bu davranış əslində sizin dediyiniz “Amerikaya ölüm” şüarının haqlı olduğunu göstərir. Amerikanın (İsrailin) cinayət şəriki olduğunu hər kəsə göstərir".
İslam İnqilabının Rəhbəri deyib: "İnsanların əməldə müşahidə etdikləri bu böyük cinayətdə, bu bağışlanmaz günahda Amerikanın sionist rejimlə şərikliyini və ortaqlığını göstərir. Onlar şərikdirlər. Belə bir nizama və belə bir rejimə necə optimist baxmaq olar? Bunlarla necə güvənmək olar?".