IQNA

9:39 - March 18, 2021
Xəbər sayı: 3489477
Böyük Britaniyanın Lids şəhərində yerləşən məscid bir il öncə pandemiya zamanı ehtiyacı olanları yedirib doyurmaq üçün maraqlı bir xeyriyyə layihəsinə start verib.

Böyük Britaniyanın Lids şəhərində yerləşən məscid bir il öncə pandemiya zamanı ehtiyacı olanları yedirib doyurmaq üçün maraqlı bir xeyriyyə layihəsinə start verib.

12 ay keçəndən sonra layihə artıq daimi hal alıb. Son aylar ərzində “Qutudakı sevgi” adlı layihə çərçivəsində məscidin zirzəmisində ərzaq bankı təşkil edilib. Hazırda məscid heyəti sözügedən ərzaq bankının genişləndirilməsi üçün yeni məkan axtarışındadır.

“Pis vəziyyətdə olan insanların sayı məni heyrətləndirdi”, – deyə Lids şəhərinin Böyük Məscidininm təhlükəsizlik xidmətinin meneceri və “Qutudakı sevgi” təşkilatının meneceri Xalid Abdulla bildirib.

Biz daha çox ianə edilmiş yeməyi saxlaya bilmək üçün genişlənmək istəyirik. Bizə işləməyimiz üçün daha böyük məkanlar lazımdır”, – deyə o qeyd edib.

Abdulla deyib ki, Lids şəhərinin Böyük Məscidinə gələn insanlar yemək ianəsi edirlər, pul ianələri isə “Facebook”-dakı səhifə vasitəsi ilə toplanılır.

Lids şəhər şurası da onların bu təşəbbüsünə müəyyən yardımlar edir. /islam.ru

 

Ad:
E-poçt:
* Comment:
* captcha: