IQNA

Naməlum şəxslər Kiprdə məscidi təhqir etdilər

13:36 - March 27, 2021
Xəbər sayı: 3489517
Tehran (IQNA) - Kiprdə yerləşən məscidində xaç çəkiblər və yazılar yazıblar. Yazılar arasında, “Yunanıstan”, yunan inqilabının tarixi – 1821, xristian simvollar, həmçinin türk müsəlmanların ünvanına təhdidlər də var.

Tehran (IQNA) - Naməlum şəxslər Kiprdə yerləşən məscidində Yunanıstan bayrağı, xaç çəkiblər və yazılar yazıblar.

Yazılar arasında, “Yunanıstan”, yunan inqilabının tarixi – 1821, xristian simvollar, həmçinin türk müsəlmanların ünvanına təhdidlər də var.

Hadisə Limassola yaxınlığındakı Episkopo kəndində baş verib.

Kənd icması sədri Lekkios Prodromu bildirib ki, bu, artıq bu cür 3-cü insidentdir.

O, bu işi görənləri “beyinsiz” insanlar adlandırıb və əlavə edib ki, bunu “maskalı insanlar gecə vaxtı edirlər”.

Vandalizm aktını Kipr Respublikası hökumətinin rəsmisi Kiriakso Kusios da yazılı surətdə pisləyib. Kusios bu vandalizm aktını sərt tənqid edərək bildirib ki, həmin şəxslər vətənpərvərlik bəhanəsi ilə dini yerləri təhqir etməklə yanaşı, vətənpərvərliyin özünü də təhqir edirlər.

Kusios bildirib ki, bu cür hərəkətlər Kipr probleminin həlli üçün lazım olan mühiti yaratmağa mane olur və hökumət bu cür hərəkətlərə dözməyəcək. /iqna

Teqlər: kipr ، yunanistan ، məscid ، xristian
captcha