IQNA

19:33 - April 04, 2021
Xəbər sayı: 3489560
Bu barədə Ayətullah Seyyid Əli Xamenei Qum hövzəsi tələbələrinin qarşısında illər öncə etdiyi söhbətlərində bildirib.

Bu barədə İslam İnqilabını Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Huseyni Xamenei Qum hövzəsi tələbələrinin qarşısında illər öncə etdiyi söhbətlərindən birində bildirib.

O, böyük arif Ayətullah Behcətin mənəviyyatla dolu həyatından danışarkən onun tövsiyə etdiyi duaya işarə edib.

Həzrət Ayətullah Üzma Seyyid Əli Xamenei deyib: “Mərhum Behcət Ağa  buyurdu ki, bu duanı çox oxuyun:

یا الله یا رحمان یا رحیم یا مقلب القلوب ثبت قلبی علی دینک 

"Ya Allahu, Ya Rəhmanu, Ya Rəhim, Ya Muqəllibəl-qulub, Səbbit qəlbi əla dinik. (Ey Allah Ey Mərhəmətli vəRəhimli Allah, Ey qəlbləri alt-üst edə bilən Allah, Mənin qəlbimi öz dinində sabitqədəm et.)”

“Ayətullah Behcət bu duanı tövsiyə edib. O bununla yanaşı dua ilə bağlı fikrimizə gələn iradları da cavablandırıb. Əgər kimsə “Mənin qəlbimi öz dinində sabitqədəm et” deyirsə fikiləşə bilər ki, bəs biz hazırda dində və din yolunda deyilikmi?. Ayətullah Behcət buyurardı ki dində olanların (iman) təbəqəsi və səviyyəsi müxtəlifdir. Ona görə hər kəsə bu duanı etmək düşər. Əgər imanlı bir insan “Mənin qəlbimi öz dinində sabitqədəm et” deyirsə o Allahdan imanın yuxarı pillələrində qalmağı istəyir.”, – Ayətullah Üzma Xamenei deyir.

 

 

Ad:
E-poçt:
* Comment:
* captcha: