IQNA

10:59 - April 11, 2021
Xəbər sayı: 3489598
Tehran (IQNA) -  Sinqapurun baş naziri Li Syan Lun ötən gün, Şənbə, 10 Aprel 2021-ci il, dövlətdən istəyib ki, müsəlman tibb bacılarına iş forması ilə hicab örtmələrinə icazə verməyə hazır olsun.

Tehran (IQNA) -  Sinqapurun baş naziri Li Syan Lun ötən gün, Şənbə, 10 Aprel 2021-ci il, dövlətdən istəyib ki, müsəlman tibb bacılarına iş forması ilə hicab örtmələrinə icazə verməyə hazır olsun.

O, Malayi müsəlmanları cəmiyyətinin rəhbərləri ilə görüşündən sonra deyib: Bu nəticəyə gəlmişik ki, tibb bacılarına hicab örtmələrinə icazə vermək üçün hazırlaşmalıyıq. Çünki cəmiyyətin ictimai baxışı dəyişib, hicab örtmək iş yerlərində və ictiami işlərdə yayılmış bir məsələdir.

Li Syan Lun vurğulayıb: Müsəlman cəmiyyəti bilir ki, dövlət müsəlman tibb bacılarına "tudung" (məqnəə) geyinməyə icazə verib. Bu barədə onlarla məşvərət edib. Amma bu barədə əsaslı dəyişiklik etmək üçün dövlət buna hazırlaşmalı, zəmin və şərait yaratmalıdır.

O əlavə edib: Biz arxayın olmalıyıq ki, əhali bu dəyişikliyi qəbul etməyə hazırdır. Biz çox irqli və çox dinli bir ölkəyik. Buna görə də müştərək yaşamaq üçün lazım olan öhdəliklərə vəfadar olmalıyıq. / iqna

Ad:
E-poçt:
* Comment:
* captcha: