IQNA

10:14 - April 14, 2021
Xəbər sayı: 3489614
Kwara valisi Əbdülrəhman Əbdürrəzaqın imzaladığı sərəncamla əyalətin paytaxtı İlorində hicab səbəbi ilə bağlanmış 10 məktəb bu gündən etibarən yenidən açılıb.

Kwara ştatı Dövlət Təhsil Nazirliyinin Daimi Katibi Mary Adeosun bu barədə məlumat yayıb.

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Kwara valisi Əbdülrəhman Əbdürrəzaqın imzaladığı sərəncamla əyalətin paytaxtı İlorində hicab səbəbi ilə bağlanmış 10 məktəb bu gündən etibarən yenidən açılıb.

Adeosun vurğulayıb ki, şagirdlərin dərslərə təhlükəsiz qatılmalarına imkan yaradmaq üçün lazımlı tədbirlər həyata keçirilib.

Xatırladaq ki, Kwara əyalətindəki məktəblərdə uzun müddətdir davam edən hicab probleminə son qoymaq üçün hökumət 26 Fevralda müsəlman qız şagirdlərin bütün məktəblərdə hicab taxmalarına icazə verən qərar qəbul etdi. Müsəlmanlar qərarı yüksək qiymətləndirərkən, xristianların etirazı səbəbi ilə qərarın tətbiqi dayandırıldı. Elə ki, 17 Martda əyalət hökumətinin qərarı ilə yenidən açılan məktəblərdən birində bir müsəlman qız şagirdin daxil olmasının qarşısı alındığı üçün iki qrup arasında yaşanan qarşıdurmada beş nəfər yaralanıb.

Teqlər: Nigeriya ، hicab ، Kwara
Ad:
E-poçt:
* Comment:
* captcha: