Tehran (IQNA) - Suriyalı hüsnxətt ustadı və xəttat Əksəm Səlamə ən sadə hüsnxətt alətləri ilə böyük bir Qurani-Kərim nüsxəsini kitabət edib.
O, bu işə 3 il yarım dayanmadan vaxt sərf etdikdən sonra səbr və diqqətlə yazdığı Quran nüsxəsini və başladığı bu mübarək işi tamamlaya bilib.
Doğruluğu əd-Daliyə kəndinin 12 ruhanisi tərəfindən yoxlanılmış bu əlyazma Quran nüsxəsi gözəl xətlə yazılıb. Vərəqlərin haşiyələri bəzədilib.
Bu Quran nüsxəsinin hər bir səhifəsi bir-birininə yapışdırılmış 9 vərəqdən ibarətdir ki, bu 9 vərəqin uzunluğu 100 sm və eni 85-sm.dir.
Əlyazma Müshəfin üz qabığı üçqat taxtadan hazırlanıb. Bu taxtalar açılıb bağlanmaq cəhətindən Quranın qiraətini asanlaşdırır və üz qabığını qoruyur. / iqna