IQNA

7:59 - May 18, 2021
Xəbər sayı: 3489843
“İstəyirəm ki, o zeytun ağacının budaqları sizin gözəl şəhərinizi İsrail bombalarından və raketlərindən qorusun. Hər birinizi bağrıma basmağı arzu edirəm”, – deyə o qeyd edib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "şəfəqna"ya istinadla verdiyi xəbərə görə, məşhur rusiyalı yazıçı, jurnalist, ictimai xadim Aleksandr Proxanov Fələstin xalqına dəstəyini və onlarla həmrəy olduğunu bildirib.

Yazıçı ürək ağrısı ilə deyib ki, fələstinlilər yenidən İsrail bombardmanlarından gizlənmək məcburiyyətindədirlər və bu hücumlarda ən çox uşaqlar, qadınlar və qocalar əziyyət çəkirlər. Onun sözlərinə görə, bu hadisələrə laqeyd və etinasız yanaşmaq mümkün deyil.

Siz yenidən od yağışı altındasınız, İsrail tankları yenidən sizi parçalayır. 6-bucaqlı sarı ulduzlu (İsrail) təyyarələri evləriniz, bağlarınız və məscidlərinizə şığıyır. Gözəl Qəzzanın küçələri qana boyanıb”, – deyə o qeyd edib.

Yazıçı fələstinli döyüşçülərin cəsurluğu və ağsaqqallarının müdrikliyinə heyran olduğunu deyib.

Məscidlərdə qələbə üçün dua edən döyüşçüləriniz, ağsaqqallarınız xoşbəxtdirlər”, – deyə Proxanov əlavə edib.

Sonda o, deyib ki, bir zamanlar Qəzza səfəri zamanı orada əkdiyi zeytun ağacını xatırlayır. Onun sözlərinə görə, həmin ağac onun fələstinlilərə və onların qələbəyə inamına sevgisinin simvoludur.

İstəyirəm ki, o zeytun ağacının budaqları sizin gözəl şəhərinizi İsrail bombalarından və raketlərindən qorusun. Hər birinizi bağrıma basmağı arzu edirəm”, – deyə o qeyd edib. /iqna

Ad:
E-poçt:
* Comment:
* captcha: