Qəzzaya qarşı müharibə başladıqdan sonra fəaliyyətini dayandıran sionist rejimin qaz platforması, Qəzzada atəşkəsin başlaması ilə 9 gündən sonra fəaliyyətini bərpa edəcək.
ABŞ-ın Şevron (Chevron) şirkəti İsrail rejiminin Energetika Nazirliyinin Aralıq dənizdəki Tamar qaz quyusunun işini bərpa etmək üçün əmr imzaladığını açıqlayıb.
Tamar qaz platforması sionist rejimin Qəzzaya hücumlarına cavab olaraq əks-hücum məqsədi ilə edilən raket zərbəsi nəticəsində 9 gün əvvəl fəaliyyətini dayandırmışdı.
Qaz platformasını idarə edən Şevron, cümə günü verdiyi bəyanatında qaz quyusunun hasilatının davam edəcəyini söyləyib.
Tamar qaz platforması, işğal olunmuş ərazilərin cənubundakı Aşdod şəhərinin sahilindən 25 km məsafədə yerləşir.
Beş gün əvvəl sionist mediası HƏMAS-ın kamikadze PUA-sı ilə Qəzzadan 20 km məsafədə sionist qaz çıxarma platformasını hədəfə almağa çalışdığını bildirmişdi.
İsrail rejiminin Kanal 12 televiziyası da, HƏMAS-ın dənizdəki İsrail rejiminin qaz quyularına onlarla raket atdığını da bildirmişdi. /dəyərlər/