IQNA

ABŞ-da məscidlərin sayı artmaqdadır – STATİSTİKA

5:45 - June 09, 2021
Xəbər sayı: 3490013
ABŞ-dakı müsəlman icmasının inkişafı ilə bağlı yeni araşdırma dərc edilib. Yeni araşdırmanın adı “Amerika məscidi 2020 – artım və inkişaf. Amerika məscidinin təməl xüsusiyyətləri” adlanır.

ABŞ-dakı müsəlman icmasının inkişafı ilə bağlı yeni araşdırma dərc edilib.

Yeni araşdırmanın adı “Amerika məscidi 2020 – artım və inkişaf. Amerika məscidinin təməl xüsusiyyətləri” adlanır.

Məscidlərin geniş statistik araşdırması onlarla ştatı əhatə edib.

Mütəxəssislər hesabatda bir tərəfdən müsəlman ibadətgahlarının sayının və onları ziyarət edənlərin sayının artdığını, digər tərəfdən isə məmurlar və yerli sakinlər tərəfindən onlara qarşı müqavimətin də artdığını qeyd edirlər.

2010-cu ildə ABŞ-da 2106 məscid var idi, 2020-ci ildə isə məscidlərin sayı 2769 olub, bu da 31,5%-lik artım deməkdir.

Hər məscidə cümə günləri ortalama olaraq 353 müsəlman gəlir. Bu isə 10 il öncə ilə müqayəsədə 16% çoxdur.

Məscidlərin 70%-dən çoxunda cümə günləri gələnlərin sayında artım qeydə alınıb.

Araşdırmaçılar həmçinin iri şəhərlərlə yanaşı, şəhər kənarları və kənd yerlərində də məscidlərin inşası tendensiyasını qeyd ediblər. Belə ki, şəhər kənarı və kənd yerlərində torpaq sahəsi taparaq icazənin alınması daha asandır. /Shafaqna

captcha