IQNA

əl-Əzhər universitetinin ali imamı İraqa səfər edəcək

10:51 - June 11, 2021
Xəbər sayı: 3490033
Misirin paytaxtı Qahirədə yerləşən əl-Əzhər universitetinin ali imamı şeyx Əhməd əl-Tayyib yaxın zamanda İraqın paytaxtı Bağdada səfər edə bilər.   

Misirin paytaxtı Qahirədə yerləşən əl-Əzhər universitetinin ali imamı şeyx Əhməd əl-Tayyib yaxın zamanda İraqın paytaxtı Bağdada səfər edə bilər.   

Bu barədə "Baghdad Today" məlumat yayıb.  

Məlumatda şeyxin səfəri üçün paytaxda bütün hazırlıqların başa çatdığını və səfərin yaxın zamanda reallaşacağını bildirilir.   

Qeyd edək ki, bu yaxınlarda İraqın Sünni Vəqf Məhkəməsinin rəhbəri Səd Kəmbaş Misir paytaxtı Qahirəyə səfər edərək, orada əl-Əzhər universitetinin ali imamı ilə İraqa mümkün səfərinin detallarını müzakirə edib. /eastnews

captcha