Rusiyalı Polina ev alqı-satqısı sahəsində işləyir. Bir çoxları kimi o da içki içər və siqaret çəkərdi.
Günlərin birində o, bu cür həyat tərzindən bezib və köklü şəkildə dəyişmək qərarına gəlib.
“Nəticədə artıq mən 3 aydır nə içirəm, nə də çəkirəm. İslamı öyrənməyə başlamışam, yavaş-yavaş, kiçik addımlarla”, – deyə Polina bildirib.
“Bir şeyi deyə bilərəm – mən xoşbəxtəm və nəhayət ki, mən özümdə tarazlıq tapdım”, – deyə o qeyd edib.
Polinanın atası spirtli içkilərlə bağlı problemlər səbəbi ilə dünyasını tez dəyişib.
Anası qızının qərarını dəstəkləyib.
O deyib ki, hicab taxmaq istəyən çoxlu qızlar var ki, ona yazırlar, amma ətrafdakıların reaksiyasından çəkinirlər. /islamnews/