IQNA

10:28 - June 24, 2021
Xəbər sayı: 3490134
Misrdə yaşayan xanım Süsən Əbdür-Rəhim Süleyman bu ölkədə görmə qüsuru olmasına qəğmən İslam Elmləri üzrə doktorluq dərəcəsi alan ilk xanımdır.

Misrdə yaşayan xanım Süsən Əbdür-Rəhim Süleyman bu ölkədə görmə qüsuru olmasına qəğmən İslam Elmləri üzrə doktorluq dərəcəsi alan ilk xanımdır.

Misrin Suhac əyalətinin Kum-əl-Ərəb qəsəbəsindən olan xanım Süsən Əbdür-Rəhim Süleyman həm İslami Elmlər araşdırmaçısı, həm də Quran hafizidir.

2011-ci ildə Suhac İslam Elmləri Univesitetini bitirən xanım Süsən Əbdür-Rəhim Süleyman "əl-Misravi" informasiya portalına müsahibəsində deyib ki, heç vaxt əlilliyinin onu ümidsiz etməyinə icazə verməyib.

O əlavə edib: Quran elmləri sahəsində irəli getməyimə nəyinsə mane olmasına icazə verməmişəm. Təkcə problemim cəmiyyətin mənə olan baxışı olub. Həmişə məndən soruşurlar ki, sağlam adamlar belə asanlıqla uğur əldə etmədikləri və elə yolun əvvəlində elmi araşdırmaları bir qırağa qoyduqlara halda, sən necə təhsilini davam elətdirə bilibsən?

Süsən Süleyman vurğulayıb: Digər bir problemim isə Bril əlifbası ilə lazım olan elmi qaynaqların yetərincə olmamasıdır. Bunu qismən təmin etmək üçün danışan komputerlərdən istifadə etmişəm.

O bildirib ki, Suhac universitetində eşitmə və görmə qüsuru olanlara komputerdən istifadə qaydalarını öyrədir. Həmçinin Quranı hifz etmək istəyənlərə onlayn dərs deyir. / iqna

Ad:
E-poçt:
* Comment:
* captcha: