IQNA

İslam İnqilabının Ali Rəhbəri 5100-dən çox məhbusu əfv etdi

13:46 - June 26, 2021
Xəbər sayı: 3490149
İslam İnqilabının Ali Rəhbəri Xamenei cənabları İmam Rzanın (ə) mübarək mövludu və İran Məhkəmə Sistemi işçiləri həftəsi münasibətilə həbsdə olan 5156 nəfərin əfv olunması barədə fərman imzalayıb.

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xamenei cənabları Həzrət İmam Rzanın (ə) mübarək mövludu və İran Məhkəmə Sistemi işçiləri həftəsi münasibətilə həbsdə olan 5156 nəfərin əfv olunması barədə fərman imzalayıb.

Əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.
 
İranın Məhkəmə Sisteminin rəhbəri İbrahim Rəisi məhbusların əfvi təşəbbüsilə çıxış edərək İmam Rzanın (ə) mövludu və Məhkəmə Sistemi işçiləri həftəsi ilə əlaqədar olaraq, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneiyə məktubla müraciət edib.
Məktubda 5156 məhbusun əfv edilməsi, cəzalarının yüngülləşdirilməsi və ya azaldılması  xahiş olunub. Ali Rəhbər həmin məhbusların əfv olunması barədə fərman imzalayıb. /iqna
captcha