IQNA

BƏƏ-nin İsraildə rəsmi səfirliyi açılıb

14:59 - July 14, 2021
Xəbər sayı: 3490286
Bu günTel-Əviv şəhərində BƏƏ-nin səfirliyi açılıb. Açılış mərasimində işğalçı İsrail rejiminin yeni seçilmiş Prezidenti İshaq Hersoq iştirak edib.
Bu gün, 14 İyul 2021-ci il, Tel-Əviv şəhərində BƏƏ-nin səfirliyi açılıb. Açılış mərasimində işğalçı İsrail rejiminin yeni seçilmiş Prezidenti İshaq Hersoq iştirak edib.
Açılış mərasimi sionist rejim telekanalları ilə canlı yayımlanıb.
“İsrail prezidenti kimi fəaliyyətimin başlanğıcında BƏƏ-nin İsraildə səfirliyinin açılması kimi tarixi bir hadisədə iştirak etdiyimə görə çox xoşbəxtəm. Biz mümkünsüzlüyü mümkünə çevirdik”, - İ.Hersoq bildirib.
Daha sonra təntənəli şəkildə lent kəsilib.
Qeyd edək ki, iyun ayında sionist rejimin Əbu-Dabi şəhərində səfirliyinin və Dubay şəhərində konsulluğunun açılışı baş tutub. /iqna
Teqlər: BƏƏ ، sionist israil ، səfirlik
Ad:
E-poçt:
* Comment:
captcha