IQNA

İnduist memar müsəlmanlarla birlikdə oruc tutur

13:56 - July 15, 2021
Xəbər sayı: 3490295
Evində öz dini kitabları ilə yanaşı Qurani-Kərimin də olduğunu deyən Qovindan əlavə edib: “Mən müqəddəs Ramazan ayında oruc tuturam”.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "şəfəqna"ya istinadla verdiyi xəbərə görə, 85 yaşlı Qovindan Qopalakrişnan memardır və o, indiyədək onlarla məscidin layihəsini hazırlayıb.

Maraqlıdır ki, Kerala ştatının sakini olan Qopalakrişnan induist olsa da, mübarək Ramazan ayında müsəlmanlarla bir yerdə oruc tutur.

Üstəlik, o, rəsmi olaraq təhsil almayıb. Onun atası inşaatçı olub və Qovindan məktəbi bitirdikdən sonra atasına işdə yardım etməyə başlayıb. Daha sonra isə onun rəssam dostu ona öz qrafik rəsm biliklərini öyrədib.

Zamanla Qopalakrişan Keralanın məşhur memarlarından birinə çevrilib və tarixi Palayam məscidinin bərpası işlərinə cəlb edilib. Təmir edilmiş məscidin 1964-cu ildə Hindistanın o zamankı prezidenti Zakir Hüseyn tərəfindən təntənəli şəkildə açılışı edilib.

Evində öz dini kitabları ilə yanaşı Qurani-Kərimin də olduğunu deyən Qovindan əlavə edib: “Mən müqəddəs Ramazan ayında oruc tuturam”.

captcha