IQNA

Myanma müsəlmanları koronavirus xəstələrinə yardım edir

0:38 - July 16, 2021
Xəbər sayı: 3490302
Myanmadanın müsəlman icması, dinindən asılı olmayaraq və daha öncə ölkədə müsəlmanları qaldığı zülmlərə və təqiblərə baxmayaraq, ehtiyacı olan hər kəsə yardım əlini uzadır.

Myanmada epidemioloji vəziyyət pisləşməkdədir və bunun fonunda da ölkənin müsəlman icması, dinindən asılı olmayaraq və daha öncə ölkədə müsəlmanları qaldığı zülmlərə və təqiblərə baxmayaraq, ehtiyacı olan hər kəsə yardım əlini uzadır.

Paytaxt Yanqonun cənub-şərqində yerləşən məscid koronavirusa yoluxmuş yerli sakinlərə kömək edir. Müsəlman ibadətgahı boş oksigen balonlarını doldurur.

Dinindən asılı olmayaraq, ehtiyaclı şəxslər kömək üçün məscidə müraciət edirlər. Bəzən məscidin önündə əllərində boş oksigen balonları tutan insanlardan ibarət uzun növbələr yaranır.

Bundan başqa, paytaxt məscidi karantin mərkəzləri və xəstəxanalarda pulsuz yemək paylayır, həmçinin evsiz insanlara da qida yardımı edilir.

“Biz heç vaxt bizdən kömək istəyən insanlardan onların dini mənsubiyyəti barədə soruşmuruq”, – deyə məscid rəsmisi Zau Min Latt bildirib. /Şəfəqna

 

Ad:
E-poçt:
* Comment:
* :