IQNA

23:54 - August 01, 2021
Xəbər sayı: 3490418
Misrin İslami Fondlar və Dini İşlər Nazirliyi tərəfindən Qurani-Kərimin elmi ecazkarlığı mövzusunda "ən-Nəvabiğ" adlı elmi araşdırma müsabiqəsi başlayıb.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Misrin İslami Fondlar və Dini İşlər Nazirliyi tərəfindən Qurani-Kərimin elmi ecazkarlığı mövzusunda "ən-Nəvabiğ" adlı elmi araşdırma müsabiqəsi başlayıb.

Qurani-Kərimin elmi ecazkarlığının araşdırılması elmi müsabiqəsinə bu gün, həftənin Bazar günü, 1 Avqust 2021-ci il tarixində start verilib. Yarışma cari həftənin Cümə Axşamı gününədək davam edəcək.

Müsabiqənin iştirakçıları Qurani-Kərimin insanın fiziologiyası, bitkilər, heyvanlar, quşlar, kainat hadisələri və təbiət barədə elmi araşdırmalarını və həmçinin Qurani-Kərimin ədəbi ecazkarlığı mövzusunda 30 səhifəlik araşdırma işlərini yarışların keçirilməsi komitəsinə təhvil verməlidirlər.

Yarışların keçirilməsi komitəsinə göndərilən elmi araşdırmalar İslami Fondlar Nazirliyinin nəzdində fəaliyyət göstərən Təbliği Araşdırmalar və Baş Fətva İdarəsinin hakimlər heyəti tərəfindən qiymətləndiriləcək. / iqna

Teqlər: Quran ، misr ، elmi ecazkarlıq
Ad:
E-poçt:
* Comment:
* captcha: