IQNA

Müsəlmanlar maraqlı üsulla irqçiliyə meydan oxuyacaqlar

13:09 - August 07, 2021
Xəbər sayı: 3490458
İrqçi bir qrupun Şotlandiyanın ən yüksək zirvəsində öz bayraqlarını qaldırmaq planının olduğunu bildikdən sonra müsəlman qrupun yeni məqsədi yaranıb.

Böyük Britaniya müsəlmanlarından ibarət qrup ölkənin ən böyük dağı olan Ben-Nevisə qalxmağı planlaşdırır.

Onlar bu addımları ilə bütün dünyaya özlərinin nifrət və iqrçiliyə qarşı olan mesajını göndərmək istəyirlər.

İrqçi bir qrupun Şotlandiyanın ən yüksək zirvəsində öz bayraqlarını qaldırmaq planının olduğunu bildikdən sonra müsəlman qrupun yeni məqsədi yaranıb.

“Mən “Patriotic Alternative” irqçi qrupun üzərində “ağ həyat” yazılı nəhəng banneri göstərmək üçün həftə sonu dağa qalxdığını eşidəndə şok oldum və iyrəndim”, – deyə “Muslim Hikers” turistik qrupunun qurucusu Harun Mota bildirib.

“Onların sadəcə öz iyrənc baxışlarını ifadə etmələri üçün saatlarla səyahət edərək ən yüksək dağa qalxmaqları faktı həmin qrupun nə qədər kök saldığını və ekstremal olduğunu göstərir. Qrup ağlardan başqa hər kəsin Böyük Britaniyadan qovulmasına nail olmağa çalışır”, – deyə Mota qeyd edib.

Mota deyib ki, müsəlmanların qrupu bütün istəyənləri avqustda baş tutacaq dağaçıxma xeyriyyə səfərinə qoşulmağa dəvət edir. Tədbir zamanı toplanan bütün pullar “Penny Appeal” xeyriyyə fonduna, oradan da Fələstinə yardıma gedəcək. /Şəfəqna

captcha