IQNA

20:29 - August 12, 2021
Xəbər sayı: 3490503
Sözügedən məşğələlərin iştirakçılarından biri Cessika Snou bildirib ki, şəhərdə irqi zəmində hücumların artmasından sonra məşğələlərə qatılmaq qərarına gəlib.

Kanadanın Edmonton şəhərində yerləşən məscid icması islamfobiyanın artmasının fonunda özünümüdafiə ilə bağlı silsilə dərslər keçir.

Bu addım müsəlman xanımların imkanlarını artırmaq və onlara özlərini təhlükəsiz hiss etməyə kömək etmək üçün atılıb.

“Biz istəyirik ki, insanlar özlərini təhlükəsizlikdə hiss etsinlər”, – deyə təlimatçı Canan Comha bildirib.

Avqust ayında əl-Raşid məscidində məşğələlər keçiriləcək. İstəyən hər bir xanım cinayətkarın hücumu zamanı qurtulmağa kömək edəcək bacarıqlara yiyələnə bilər.

Sözügedən məşğələlərin iştirakçılarından biri Cessika Snou bildirib ki, şəhərdə irqi zəmində hücumların artmasından sonra məşğələlərə qatılmaq qərarına gəlib.

Xatırladaq ki, 2018-ci ildə gənc müsəlman xanım və biznesmen Rəna Əbdülhəmid islamofobiya zəminində törədilən hücumlardan yeni özünümüdafiə texnikasını hazırlayıb. Özünümüdafiə üzrə təlimatçı Zeynəb Abdulla da 2016-cı ildə müvafiq videoçarxlar dərc edib, həmin videolarda müsəlman xanımlara hücumlara necə reaksiya verməli olduqları öyrədilir. /şəfəqna

Ad:
E-poçt:
* Comment:
* captcha: