IQNA

Müsəlman tibb bacısı 7 körpəni ölümdən xilas etdi

22:12 - August 25, 2021
Xəbər sayı: 3490595
Şadiyə Hüseyn deyib ki, xəstəxananın oksigen verilişi sistemində anidən partlayış baş verib. Sürətli reaksiyasının sayəsində o, 1-20 günlük olan 7 körpəni xilas edə bilib.

Misirin Kəna şəhərində müsəlman tibb bacısı yeni dünyaya gəlmiş 7 körpəni ölümdən xilas edib.

Belə ki, həmin çağalar reanimasiyada idilər və oksigen verilişinin ani kəsilməsi səbəbi ilə həyatlarını itirə bilərdilər.

Şadiyə Hüseyn deyib ki, xəstəxananın oksigen verilişi sistemində anidən partlayış baş verib. Sürətli reaksiyasının sayəsində o, 1-20 günlük olan 7 körpəni xilas edə bilib.

Balaca uşaqlar təcili tibbi yardım maşınları ilə digər xəstəxanalara çatdırıla biliblər.

captcha