IQNA

Məşhur stilist Hollivudu tərk edərək müsəlman oldu

23:29 - August 26, 2021
Xəbər sayı: 3490600
Məşhur rəssam və divar rəsm əsərlərinin müəllifi İslama gəlişi barədə danışıb. O, ABŞ-ın Viskonsin ştatının Kenoşa şəhərindən olan Jayme Braun ölkəsindəki məşhur küçə rəsmlərinin müəllifidir.

Məşhur rəssam və divar rəsm əsərlərinin müəllifi İslama gəlişi barədə danışıb.

O, ABŞ-ın Viskonsin ştatının Kenoşa şəhərindən olan Jayme Braun ölkəsindəki məşhur küçə rəsmlərinin müəllifidir.

Onun uşaqlıqdan incəsənətə marağı var və katolik dini mühitində böyüyüb.

Kolleci bitirdikdən sonra kino sahəsində stilist işləmək üçün Kaliforniyaya gedib. O, tezliklə Hollivudda məşhurlaşıb və bahalı və təmtəraqlı həyat sürməyə başlayıb.

Filmlərin birinin çəkilişində o, müsəlman bir şəxslə tanış olub.

Hər şeylə maraqlanan qız müsəlman şəxsdən ona müqəddəs Qurani-Kərimin nüsxəsini verməyi xahiş edib – dinlə tanış olmaq üçün, orada uyğunsuzluqlar və xətalar taparaq həmin müsəlmanı şəsxi katolik etmək üçün.

Lakin Braun Quranı oxumağa başladıqda şok olub.

“Hər an daha da aydınlaşırdı ki, bu, mənim uşaqlıqdan axtardığım həqiqətdir”, – deyə o qeyd edib.

Bundan sonra o, Hollivuddakı karyerasına son qoyub, əşyalarını toplayaraq Mərakeşə birtərəfli bilet alıb. O, burada məskunlaşaraq müstəqil şəkildə Quranı oxumağa başlayıb və nəticədə də İslam dinini qəbul edərək müsəlman olub. O, hətta ərəb dilini də öyrənməyə başlayıb.

Mərakeşdə 5 il yaşadıqdan sonra ABŞ-a geri dönüb və küçə rəsmləri ilə məşğul olmağa başlayıb.

Jayme hicab geyinir və etdiyi seçimə görə – müsəlman olmasına görə peşman olmadığını bildirir. / Şəfəqna

Teqlər: hollivud ، divar rəsmi ، rəssam ، stilist
captcha