IQNA

Ayətullah Üzma Seydi Əli Sistani bəyanat verdi

15:56 - September 04, 2021
Xəbər sayı: 3490658
Şiə dünyasının təqlid mərcəsi Həzrət Ayətullah-əl Üzma Seyid Əli Sistani cənabları Ayətullah əl-Uzma Seyid Məhəmməd Səid əl-Həkimin vəfatı münasibətilə başsağlığı bəyanatı yayımlayıb.

Ayətullah-əl Üzma Seyid Sistani Ayətullah əl-Uzma Seyid Məhəmməd Səid əl-Həkimin vəfatı münasibətilə başsağlığı bəyanatı yayımlayıb.

Bismillahir Rəhmanir Rəhim

انالله و اناالیه راجعون

İnna lillahi və inna ileyhi raciun

“Allah tərəfindən gəldik, Ona tərəf qayıdacağıq.”

Alimi rəbbani, Əhlibeyt fəqihi olan Ayətullah əl-Uzma Seyid Məhəmməd Səid əl-Həkimin vəfat xəbəri böyük bir kədərə səbəb oldu.

Nəcəf Əşrəf Hövzəsi, öndə gələn böyük alimlərindən və fəqihlərindən birini itirdi. Özünü İslam dinini və məzhəbi dəyərləri qorumağa, mübarək ömrünü elmə və xalqa xidmət üçün sərf edən bu dəyərli alim böyük bir elm mirası və əsərlər buraxmışdır.

Bu müsibəti başda İmam Zaman (ə.f) olmaqla, Hövzeyi Elmiyyəyə, ailəsinə xüsusilə möhrətəm qardaşlarına, övladlarına və bütün möminlərə başsağlığı verirəm. Allah Təaladan bu böyük fəqih üçün ali dərəcələr istəyirəm, Həzrət Məhəmməd Peyğəmbər (s.ə) və pak olan Əhlibeyti ilə məşhur etsin, ailəsinə, yaxınlarına və sevənlərə səbr diləyirəm.

لاحول و لا قوه الا بالله العلی العظیم

Seyid Əli Hüseyni Sistani

captcha