IQNA

Qumda Ayətullah Həkimin (r.ə) anım mərasimi keçirilib

10:55 - September 10, 2021
Xəbər sayı: 3490703
Şiələrin böyük təqlid mərcəsi Həzrət Ayətullah Məhəmməd Səid Həkimin (r.ə) vəfatı münasibətilə İranın müqəddəs Qum şəhərində anım mərasimi keçirilib.

Şiələrin böyük təqlid mərcəsi Həzrət Ayətullah Məhəmməd Səid Həkimin (r.ə) vəfatı münasibətilə İranın müqəddəs Qum şəhərində anım mərasimi keçirilib.

İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin dəftərxanası tərəfindən "Feyziyyə mədrəsəsi"ndə keçirilən mərasımdə Qum Ali Dini Elmi Hövzəsinin ustadları, tanınmış din alimlər və ruhani təbəqəsi iştirak ediblər.

Bu mərasimə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds silahlı qüvvələrinin komandiri General Qaani, Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani, Ayətullah Üzma Seyyid Sistaninin İrandakı səlahiyyətli nümayəndəsi Höccətul-İslam Seyyid Şəhristani, İran Ali Dini Elmi Hövzələrinin rəisi Ayətullah Əərafi və Qum Elmi Dini Hövzəsinin tanınmış siması Ayətullah Rza Ustadi də qatılıblar.

  / iqna

 
 
captcha