IQNA

22:47 - September 13, 2021
Xəbər sayı: 3490730
O, ikinci xəlifə Ömər ibn Xəttabın vəfat etdiyi il (23-cü h.q. ili) dünyaya gəlmiş və atası Səd ibn Əbu Vəqqas Peyğəmbərin (s) səhabələrindən olmuşdur.
Kərbəla faciəsinin yaranmasında əsas rol oynayan şəxslərdən biri də Ömər ibn Səd ibn Əbu Vəqqasdır (23-67 h.q).
 
O, ikinci xəlifə Ömər ibn Xəttabın vəfat etdiyi il (23-cü h.q. ili) dünyaya gəlmiş və atası Səd ibn Əbu Vəqqas Peyğəmbərin (s) səhabələrindən olmuşdur.
 
Ömər ibn Səd Yezid hakimiyyəti tərəfindən İmam Hüseynlə (ə) döyşmək üçün ordu sərkərdəliyinə təyin olunur və bu işin müqabilində ona Rey hökmranlığı vəd edilir.
 
O, 61-ci h.q. ilinin Məhərrəm ayının 3-də öz ordusu ilə birlikdə Kərbəla səhrasına qədəm qoyur və İmam Hüseynin (ə) xeyməsi qarşısında düşərgə salır.
İmam Hüseyn (ə) Ömər ibn Sədlə müzakirəyə əyləşib onu çirkin işindən yayındırmaq istəyir, lakin müzakirənin faydasız olduğunu gördükdə, belə buyurur: “Ümid edirəm ki, Allahın lütf və mərhəməti sayəsində məndən sonra İraq buğdasından artıq yeməyəsən.”
 
O, “Aşura” günü vicdanını ayaqlayıb İmam Hüseynin (ə) xeyməsinə ilk öxu atır və Aşura faciəsi baş verir!
 
Maide.Az - Maarif bölümü 
Ad:
E-poçt:
* Comment:
* captcha: