IQNA

10:15 - September 18, 2021
Xəbər sayı: 3490761
Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) Səbra və Şətila soyqırımının 39 -cu ildönümü münasibətilə bəyanat yayıb. Bəyanatda Həmas Fələstin xalqını və müqavimət qruplarını birləşməyə çağırıb.

Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) Səbra və Şətila soyqırımının 39 -cu ildönümü münasibətilə bəyanat yayıb.

Bəyanatda Həmas Fələstin xalqını və müqavimət qruplarını birləşməyə çağırıb.

Bəyanatda bildirilir ki, işğalçı (sionist) rejimin cinayətləri zamanla və danışıqlarla unudulmayacaq. Sionist rejimlə müzakirə Fələstinin taleyi ilə oynamaq anlamındadır. 
 
“Bu soyqırım sionistlər üzərində lənət olaraq qalacaq və onların cinayətini və Fələstinli şəhidlərin və uşaqların qanına əsaslanan qurulan bir rejim olduğunu göstərəcək. Fələstin xalqına qarşı törədilən bütün qətllər fələstinliləri (işğal olunmuş əraziləri) müqavimət yolu ilə azad etməkdən çəkindirməyəcək. Sionist rejim yalnız güc və müqavimət dilini anlayır.” 
 
Həmas  Fələstin xalqının azadlığını və hüquqlarını yenidən əldə edilməsi, eləcədə Qüdsün paytaxtlığı ilə bir dövlət qurmaq naminə Fələstin xalqını müqavimət qruplarını dəstəkləməyə çağırıb. 
 
Qeyd edək ki, 16-18 sentyabr 1982-ci il tarixində sionist rejim hərbçiləri, İsrailin həmin dövrdəki müharibə naziri Ariyel Şaronun başçılığı altında və Livan falanjistlərinin əməkdaşlığı ilə Səbra və Şətilada fələstinli didərginlərin düşərgəsinə basqın edib orada soyqırım həyata keçiriblər. 
Bu cinayət hadisəsində 3 min fələstinli, o cümlədən çoxlu sayda uşaq və qadın şəhid edilmiş, cəsədləri tikə-tikə doğranmış və kütləvi məzarda basdırılmışdı.
 
39 il keçməsinə baxmayaraq  hələ də Səbra və Şətila soyqırımına görə məsuliyyət daşıyan şəxslər cəzalandırılmayıb.
 
Sözdə insan haqları tərəfdarları hələ də sionist rejimin Qəzza və Fələstində törədilın cinayətlərə sükut edir
 
Sionist rejimin Səbra və Şətila düşərgələrində fələstinli didərginlərə qarşı soyqırımının ildönümü münasibəti ilə hər il dünyanın müxtəlif ölkələrində etiraz aksiyaları keçirilir və bu soyqrıma görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması tələb olunur.
Ad:
E-poçt:
* Comment:
* captcha: