IQNA

1:17 - September 19, 2021
Xəbər sayı: 3490770
Hindistanlı din alimi və şiə mütəfəkkiri, Höccətul-İslam vəl-müslimin Əllamə İbn Əli Vaiz cari həftənin Çərşənbə günü, 15 Sentyabr 2021-ci il tarixində, Hindistanın Yeni Dehli şəhərində vəfat edib.   

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  hindistanlı din alimi və şiə mütəfəkkiri, Höccətul-İslam vəl-müslimin Əllamə İbn Əli Vaiz cari həftənin Çərşənbə günü, 15 Sentyabr 2021-ci il tarixində, Hindistanın Yeni Dehli şəhərində vəfat edib.   

Höccətul-İslam vəl-müslimin Əllamə İbn Əli Vaiz 1939-cu ildə Hindistanın Uttar Pradeş əyalətinin Ğaziabad şəhərində anadan olub.

O, 1948-ci ildə Uttar Pradeş əyalətinin Lakhnau şəhərinin Nizamiyyə Akademiyasında ali təhsilə başlayıb, sonra isə təhsilini "əl-Vaizin" mədrəsində davam etdirib.

Əllamə Vaiz təhsilini başa vurduqdan sonra dini təbliğ, tədirs və irşadla məşğul olub. Bir çox dini kitablar təlif və tərcümə edib.

Hindistanın məşhur elmi mərkəzlərində və dini təhsil hövzələrində, o cümlədən "Cameətu Babul-Elm", ərəbdilli "Mənsəb" kolleci, "Tənzimul-Mükatibat", Ğüfran Məab dini elmi hövzəsi və Baqirul-Ülum mədrəsəsində tədris və bəzi elmi mərkəzlərə rəhbərlik edib və həmçinin Zeynəbiyyə dini müəssisəsinin təsisçisidir.

O, müxtəlif elmlərdə, o cümlədn Ərəb və Fars ədəbiyyatı, tarix, ilahiyyat, fəlsəfə, rical və hədis elmi, təfsir, fiqh və üsul elmlərində mahir idi və İngilis, Ərəb, Fars, Urdu və Hindi dillərini mükəmməl bilirdi.

Əllamə Vaiz bir çox dini və ədəbi kitabları, o cümlədən İmam Xomeyninin (r.ə) şeirlər divanını Urdu dilinə tərcümə edib.

O, İslam İnqilabı, İmam Xomeyni (r.ə) məktəbi və vilayəti-fəqih xəttinin müdafiəçisi idi.

Höccətul-İslam vəl-müslimin Əllamə İbn Əli Vaiz bərəkətli bir ömürü geniş elmi, mədəni və dini fəaliyyətlərlə baş vurduqdan sonra, Sentyabr ayının 15-də, 82 yaşında ikən fani dünya ilə vidalaşıb. / iqna / 3998034

Ad:
E-poçt:
* Comment:
* captcha: