IQNA

16:19 - September 24, 2021
Xəbər sayı: 3490802
Şəhər 16 metr dərinliyə çatan 3 səviyyədən ibarətdir. Orada tunellər və kameralar şəbəkəsi aşkar edilib. Şəhərin sahəsi 1,5 hektardır. Səviyyələr üfüqi və şaquli kanallarla əlaqələndirilib.

 İranda bir qrup arxeoloq Nuşabad adlı yeraltı şəhər aşkar edib.

Adıçəkilən şəhər Sasanilər dövründə inşa edilib.

Həmin yerlatı şəhər kiçiik şəhərciyin altında yerləşir.

Ehtimal edilir ki, sözügedən yaşayış məntəqəsi 200-500 il istifadədə olub.

Alimlər orada Sasanilər, Elxanilər və Səfəvilər dövrünə aid insan qalıqları, gil qablar və daş alətlər tapıblar.

Şəhər 16 metr dərinliyə çatan 3 səviyyədən ibarətdir. Orada tunellər və kameralar şəbəkəsi aşkar edilib. Şəhərin sahəsi 1,5 hektardır. Səviyyələr üfüqi və şaquli kanallarla əlaqələndirilib. Burada ventilyasiya sistemi də aşkar edilib. Şəhərə fərqli-fərqli yerlərdə gizlədilmiş dar quyucuqlar vasitəsi ilə daxil olmaq olurdu.

Şəhər o qədər yaxşı gizlədilib ki, onu yalnız yerli sakinlərdən birinin öz həyətində qazıntı apararkən aşkar etdiyi tunel vasitəsi ilə tapmaq olub.

Arxeoloqların versiyasına görə, şəhər işğalçılara qarşı sığınacaq kimi inşa edilib.

Yeraltı şəhərin su mənbəsi olub və buranın sakinləri uzun müddət ərzində yerin altında qala bilirdilər. / Şəfəqna

 

Ad:
E-poçt:
* Comment:
* captcha: