IQNA

21:36 - September 26, 2021
Xəbər sayı: 3490827
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Xamenei cənabları rəbbani alim və arif Əllamə Ayətullah Həsənzadə Amulinin vəfatı münasibətilə başsağlığı verib.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Xamenei cənabları rəbbani alim və arif Əllamə Ayətullah Həsənzadə Amulinin vəfatı münasibətilə başsağlığı verib.

Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:

"Mərhəmətli və bağışlayan Allahın adı ilə!
  
Rəbbani alim və arif  Ayətullah  Həsənzadə Amulinin vəfatı xəbərini çox təssüf və kədər hissi ilə aldım.
Bu ruhani alim və müxtəlif fənlər üzrə mütəxəssis çox nadir və fəxr ediləcək bir sima idi. Çox az sayda olan bu kimi ruhani alimlər bütün dövrlərdə tanışların gözlərini işıqlandırır, onların elm, mərifət, ağıl və qəlblərini bəhrələndirir.
Bu böyük şəxsiyyətin təlif etdiyi kitablar maarif sevənlər üçün faydalı bir mənbə olub və olacaq, inşallah! 
Mən onun dostlarına, şagirdlərinə, sevənlərinə, xüsusilə, Amul şəhərinin mömin və inqilabçı xalqına, o mərhumun inqilabçı mövqelərinə və yüksək insani səciyyələrinə məftun olan müştaq gənclərə başsağlığı verir, Allah-Taaladan onun üçün ilahi rəhmət, məğfirət və ən yüksək dərəcələr diləyirəm!"
/ 4000222
Ad:
E-poçt:
* Comment:
* captcha: