IQNA

Bakıdakı Əbu Bəkr məscidinə tender elan olunub

17:52 - October 01, 2021
Xəbər sayı: 3490863
“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC paytaxtın Nərimanov rayonundakı “Əbu-Bəkr məscidi”nin bərpa-gücləndirmə işlərinə dair layihə smeta sənədlərinin hazırlanması üçün açıq tender elan edib.

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC paytaxtın Nərimanov rayonundakı “Əbu-Bəkr məscidi”nin bərpa-gücləndirmə işlərinə dair layihə smeta sənədlərinin hazırlanması üçün açıq tender elan edib.

IQNA-nın Azərbaycan mediasına istinadən verdiyi xəbərə görə, tenderdə iştirak haqqı 200 manatdır.

İddiaçılar ilkin sənədləri oktyabrın 21-I, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 29-u, saat 18:00-a qədər dövlət satınalmaları üzrə vahid internet portalı vasitəs ilə təqdim edə bilərlər. Telefon: (012) 496-52-05.

Nəticələr noyabrın 1-də, saat 11:00-da portalda açıqlanacaq.

captcha