Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabil şəhərində Eydgah məscidinin yaxınlığında törədilən partlayış nəticəsində ölənlərin sayı 13-yə yüksəlib.
Yaralıların sayının isə 32 nəfər olduğu bildirilir.
Agentlik yerli mənbələrə istinadən xəbər verir ki, ölən və yaralıların sayında artımın olması gözlənilir.
Terror hadisəsinin "Xorasan İŞİD"i adlanan terroristlərin həyata keçirdiyi ehtimal edilir.
Qeyd edək ki, Eydgah Came məscidi Kabil şəhərinin ikinci böyük məscididir. / 4002137