IQNA

Daun sindromlu qız Quranı hifz etdi - Video

7:23 - October 04, 2021
Xəbər sayı: 3490885
Misrdə yaşayan "Daun sindromu" və fiziki əlilliyi olan Nida Əhmədli adlı 16 yaşlı qız uşağı məktəbə getmədən özü sərbəst şəkildə oxumağı öyrənib və Qurani-Kərimin 7 cüzini əzbərləyə bilib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrdə yaşayan "Daun sindromu" və fiziki əlilliyi olan Nida Əhmədli adlı 16 yaşlı qız uşağı məktəbə getmədən özü sərbəst şəkildə oxumağı öyrənib və Qurani-Kərimin 7 cüzini əzbərləyə bilib.

Misrin Qəna əyalətində yaşayan Nida Əhməd Ətaullah Baradisinin 16 yaşı var. Anadangəlmə iflicdir və "Daun sindromu" ilə anadan olub.

O, anadangəlmə fiziki qüsurlu olmasına rəğmən onun kimi əlil insanların təbii həyat sürə bilməyəcəyini iddia edənləri heyrətə salıb.

Belə ki, o özünə şəxsiyyət vəsiqəsi alıb, Qəna əyalətinin böyüklər üçün orta təhsil məktəbinə yazılıb, imtahanlarını uğurla başa vurub və hazırda instituta sənəd vermək üçün hazırlaşır.

Bundan əlavə Nida həm də İngilis dilində danışmağı da bacarır.  

O, əlifbanı və oxuyub-yazmağı da məktəbə getmədən internet üzərindən öyrənib.

kod

Qurani-Kərimin 7 cüzini (140 səhifəsini) əzbər bilən Nida bütün Quranı əzbərləməyi planlaşdırıb.

Nida Ümrə ziyarətinə getməyi və Həzrət Məhəmməd Peyğəmbərin (s) müqəddəs məzarını görməyi arzulayır.

Nidanın digər bir arzusu isə əlil arabasına sahib olmasıdır. Çünki rahatlıqla yol yeriyə bilməyən Nidanı hər gün kasıb atası qucağında yaşadığı kəndin Darul-Quran mədrəsəsinə hifz dərsinə aparır. / 4001720

captcha