IQNA

21:55 - October 04, 2021
Xəbər sayı: 3490890
İsrail qüvvələri 1967-ci ildən bəri fələstinlilərə aid 11 900 evi dağıdıb və İordan çayının Qərb sahili və Qüds şəhərinin şərq hissəsində yaşayan 73 min fələstinlini buradan qovub.

İsrail qüvvələri 1967-ci ildən bəri fələstinlilərə aid 11 900 evi dağıdıb və İordan çayının Qərb sahili və Qüds şəhərinin şərq hissəsində yaşayan 73 min fələstinlini buradan qovub.

Bu barədə Fələstin “Ərazi Araşdırmaları Mərkəzi” QHT-ın məruzəsində bildirilib.

Sənədin müəllifləri qeyd edib ki, İsrail işğalı altında olan Qüds şəhərinin şərq hissəsində fələstinlilərə aid 7 400 ev dağıdılıb və 47 220 fələstinli buradan qovulub.

Qərb sahilində 250-dən çox qeyri-qanuni yəhudi yaşayış məskəni salınıb.

Bu ərazilərə köçürülən 400 mindən çox yəhudi isə fələstinlilərin həyatlarını daha da çətinləşdirir.

Beynəlxalq hüquqa əsasən, Fələstin torpaqlarında yerləşən yəhudi yaşayış məntəqləri qeyri-qanuni hesab edilir. /Anadolu

Ad:
E-poçt:
* Comment:
* captcha: