İsrail və ABŞ Qvatemaladakı yəhudi icmasının İrana mühacirətinin qarşısını almaq üçün səy göstərir.
Belə ki, “Təmiz qəlb” təriqətindən olan onlarla yəhudi ailəsi Qvatemaladan İraqa uçuş etmək və oradan da İrana keçmək istəyir.
Adıçəkilən təriqətin üzvləri adətən özlərinin hazırladıqları qara libas geyinirlər və onların qadınları da hicab və niqaba bənzər örtüklərdən istifadə edirlər.
Qeyd edək ki, “Təmiz qəlb”-in üzvləri ən ultra-ortodoksal və anti-sionist yəhudi qruplarından biri hesab edilirlər. / Şəfəqna