IQNA

17:39 - October 18, 2021
Xəbər sayı: 3491011
Yəmənin paytaxtı Səna şəhərində sevimli peyğəmbərimiz Həzrət Məhəmməd Mustafanın (s) mövludu və "Vəhdət həftəsi"nin başlanması münasibətilə izdihamlı bayram tədbiri keçirilir.

Yəmənin paytaxtı Sənada və digər 14 böyük şəhərində sevimli peyğəmbərimiz Həzrət Məhəmməd Mustafanın (s) mövludu və "Vəhdət həftəsi"nin başlanması münasibətilə izdihamlı bayram tədbiri keçirilir.

Ötən gecə (17 Oktyabr 2021) başlayan mövlud tədbirləri bu gün də davam edib. 

Milyonlarla yəmənlinin iştirakı ilə keçirilən tədbirdə müsəlmanların düşmənlərinə, xüsusi ilə də İsrail və Amerikaya ölüm şüarları səsləndirilib və müsəlmanlar vəhdətə dəvət ediliblər. 

Qeyd edək  ki, Peyğəmbəri-Əkrəmin (s) doğum günü ilə bağlı tarixi mənbələrdə iki fərqli versiya irəli sürülmüşdür: əhli-sünnə o həzrətin mövludunu hicri-qəməri tarixi ilə Rəbiül-əvvəl ayının 12-si (19 Oktyabr 2021), şiələr isə Rəbiul-Əvvəl ayının 17-si qeyd edirlər (red: bu il 24 oktyabr 2021-ci ilə təsadüf edir).
Bu iki fərqli tarix arasında İslam aləmində ixtilafların aradan qaldırılması və İslam camiəsinin vəhdət və birliyi naminə 1981-ci ildən etibarən İslam İnqilabının rəhbəri mərhum imam Xomeyninin təşəbbüsü ilə bu iki gün bayram günləri, eyni halda ikisinin arasında olan günlər isə “Vəhdət həftəsi” elan edilmişdir.
Elə həmin tarixdən etibarən, Rəbiül-əvvəl ayının 12-17-ci günləri “Vəhdət həftəsi” adı ilə bütün müsəlman ölkələrində qeyd olunmaqdadır. / 4006151
 

 

Ad:
E-poçt:
* Comment:
* captcha: