IQNA

15:06 - November 02, 2021
Xəbər sayı: 3491115
Azərbaycanın tanınmış din xadimi, QMİ-nin rəsmi nümayəndəsi Hacı Şahin Həsənli Gürcüstana səfərə gedir.

Hacı Şahin HəsənliİQNA, Az.shafaqna.com-a istinadla xəbər verir, Azərbaycanın tanınmış din xadimi, QMİ-nin rəsmi nümayəndəsi Hacı Şahin Həsənli Gürcüstana səfərə gedir.

O Gürcüstanda Tbilisi, Marneuli və Qardabanidə məscidlərdə çıxış edəcək, dindarlarla görüşəcək.

Məlumata görə, səfər Azərbaycanın Gürcüstandakı səfirliyi və QMİ-nin təşəbbüsü ilə baş tutacaq.

Qeyd edək ki, görüşlər noyabr ayının 3-də Tbilisidə Poniçala qəsəbəsindəki (Soğanlıq)  Əhlibeyt məscidində saat 15:00-da, noyabr ayının 3-də Marneulinin İmam Hüseyn məscidində saat 18:00-da, noyabr ayının 4-də Qardabaninin “Mərağa” məscidində saat 18:00-da keçiriləcək.

Bundan başqa ilahiyyatçı Azərbaycanın Gürcüstandakı Səfirliyi tərəfindən Vətən Müharibəsinin Şəhidlərinin 4 noyabrda keçiriləcək anım mərasiminə də qatılacaq, yerli Azərbaycan dilli media ilə görüşəcəyi gözlənilir.

Ad:
E-poçt:
* Comment:
* captcha: