IQNA

23:33 - November 05, 2021
Xəbər sayı: 3491138
Tbilisidə, "Alulbeyt Gürcüstan"ın mərasim zalında 3 gün öncə vəfat edən şiə dünyasının böyük mərcəsi Ayətullahül Üzma Seyid Sistaninin Rusiyadakı nümayəndəsi və Beynəlxalq “Alulbeyt” təşkilatının Rusiyadakı mərkəzinin rəhbəri Höccətül-islam vəl müslimin Şeyx Məhəmməd Əli Mosulinin anım mərasimi keçirilib.

Tədbirdə Gürcüstan ruhaniləri və dindarları iştirak edib.

Mərasimdə “Alulbeyt Gürcüstan”ın müdiri Hacı Faiq Nəbiyev qonaqları salamlayaraq Şeyx Məhəmməd Əli Mosuli haqqında məlumat verib.

Daha sonra mərasimdə mərhumun ruhuna Qurani Kərimin ayələri tilavət edilib.

Məclisin sonunda ehsan süfrəsi qurulub.

Mənbə: Oxuquran.com

Ad:
E-poçt:
* Comment:
* captcha: