IQNA

Almaniyada Şeyx Mosulinin anım mərasimi keçirilib

19:49 - November 06, 2021
Xəbər sayı: 3491147
Almaniyada Ayətullah Sistaninin Rusiyadakı nümayəndəsi Şeyx Məhəmməd Əli Mosulinin vəfatı münasibətilə mərasimlər təşkil olunub.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadla xəbər verir ki, mərasimlərdən biri Köln Əhlibeyt Məscidində keçirilib.

Mərasimdə çıxış edən ilahiyyatçı Mirbaqir Ağayev Şeyx Mosulininin fəaliyyətləri haqqında məlumat verib.

Digər mərasim isə Berlində İmam Cəfər Sadiq (ə) məscidində təşkil olunub.

Mərasimdə çıxış edən məscidin imamı ilahiyyatşı Kərim Ucar da mərhum haqqında danışıb və onun ruhuna dualar oxuyub.

captcha