IQNA

Misir Pravoslav Kilsəsində Dinlərarası Dialoq Mərkəzinin açılışı

15:43 - November 08, 2021
Xəbər sayı: 3491161
Qədim Misir bölgəsindəki Margerides pravoslav kilsəsində bir sıra misirli xristian xadimlərin iştirakı ilə Dinlərarası Araşdırmalar və Dialoq Mərkəzinin açılışı olub.

İQNA, "Əl-yəvmus-sabi"-ə istinadən xəbər verir ki, Misir Pravoslav Kilsəsində Dinlərarası Dialoq Mərkəzi, şənbə günü, noyabrın 6-da açılıb. Bu açılış, Misirin Anqlikan Yepiskop Kilsəsinə bağlı İsgəndəriyyə yeparxiyalarının rəhbəri Sami Fövzinin və pravoslav xristian ruhanilərindən biri (Batrik) II Teodorun iştirakı ilə baş tutub.

Sami Fövzi, bu addımı, dinlərarası dialoq fəaliyyətinin zənginləşdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirib.

O, əlavə edib ki, Yepiskop kilsəsi, "Mətran Munir Həna" İslam-Xristian Araşdırmaları Mərkəzini açmağa çalışır. Misir kilsələrinin islam-xristian araşdırmalarına marağı, İslam və xristianlıq arasındakı əlaqəni gücləndirir.

Bu məlumata görə, yeni yaradılan "Dinlərin Öyrənilməsi və Dialoq Mərkəzi", dinlərarası dialoq sahəsində səmərəli fəaliyyət göstərmək, Yaxın Şərq Kilsələr Şurası və Misir Kilsələri Şurasına xidmət göstərmək məqsədi daşıyır.

4011465

captcha